Diana Əhədpur Fahriye Evcen və Burak Özçivitlə eyni məkanda - (Video)

26 Avqust 2026 15:25

Keçmiş model və sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi ilə tanınan Diana Əhədpur paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Diana Əhədpur Bodrumda istirahət edərkən təsadüfən məşhur türk aktyor cütlüyü Fahriye Evcen və Burak Özçivitlə eyni məkanda qarşılaşıb.

Lüks məkanların birində yan-yana masalarda əyləşən tərəflərdən görüntü əldə edən Diana Əhədpur həmin anları telefon kamerası ilə lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşımda Fahriye Evcen və Burak Özçivitin rahat şəkildə istirahət etdikləri görülüb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)