Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"

26 Avqust 2026 13:41

"Qarabağ" "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq.

Milli.Az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ı da təbrik edib:

"Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram. "Tvente" ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq".

Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Milli.Az