Mussolininin nəticəsi Roma klubunda debüt etdi - (Foto)

26 Avqust 2026 13:50

İtaliyanın keçmiş lideri və diktator Benito Mussolininin nəticəsi Romano Floriani Mussolini "Latsio"nun heyətində ilk dəfə meydana çıxıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi A Seriyasının ilk turunda "Bolonya" ilə qarşılaşmada iştirak edib.

Romano Floriani Mussolini matçın 19-cu dəqiqəsində əvəzedici kimi oyuna daxil olub. Görüş "Latsio"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Maraqlı məqam isə qarşılaşmanın Benito Mussolininin təxminən 100 il əvvəl şəxsən açdığı Bolonyadakı "Renato Dall'Ara" stadionunda keçirilməsi olub.

Qeyd edək ki, Benito Mussolini "Latsio" klubunun azarkeşi olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)