"Polat Alemdar" oğulları ilə fotolarını yaydı

26 Avqust 2026 13:33

"Kurtlar Vadisi" serialında "Polat Alemdar" obrazını canlandıraraq böyük şöhrət qazanan Necati Şaşmaz uzun fasilədən sonra sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, aktyor oğulları Ali Nadir və Yusuf Emir ilə birlikdə keçirdiyi vaxtdan fotoları izləyiciləri ilə bölüşüb. Ahlatda çəkilən görüntülərdə ata və oğullarının səmimi anları əks olunub.

Necati Şaşmazın uzun müddətdən sonra paylaşım etməsi izləyicilərin diqqətindən yayınmayıb. Onun oğulları ilə görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)