“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı

26 Avqust 2026 13:06

"Neftçi" lüksemburqlu futbolçu Alessio Kurçi ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın saytı məlumat yayıb.

Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Alessio Kurçi komandanın heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub və 1 assist edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)