Avqustun 27-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi bölgələrdə yağış və küləkli hava müşahidə oluna bilər.
Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntı gözlənilmir. Şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 21-24°, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 45-50% olacaq.
Rayonlarda hava şəraiti
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Bununla belə, bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntıların düşəcəyi, şimşək çaxacağı və dolu yağacağı ehtimal olunur.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq. Dağlıq ərazilərdə gecə 13-18°, gündüz isə 20-25° isti təşkil edəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)