Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub

26 Avqust 2026 12:51

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qeyd edək ki, Serj Sarkisyan ötən gün Komitəyə çağırılıb və ifadə verib.

Sarkisyanın ölkədən çıxışına qoyulan qadağanın hansı müddətə tətbiq edildiyi və qərarın hansı əsasla verildiyi barədə əlavə məlumat açıqlanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)