Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı

26 Avqust 2026 12:44

Azərbaycan-Gürcüstan sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq aradan qaldırılıb.

Milli.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, görülən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin növbəsi minimum səviyyəyə endirilib.

Hazırda Azərbaycandan çıxış istiqamətində "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində 330, "Mazımqara" gömrük-keçid məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.

Qeyd olunur ki, sərhəd-keçid məntəqələrində vəziyyət nəzarətdə saxlanılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)