Tanınmış aparıcı Aysel Ömər sosial şəbəkə hesabında başına gələn maraqlı hadisəni danışıb.
Milli.Az xəbər verir ki, aparıcı küçədə gördüyü itə kömək etmək istəyərkən gözlənilməz vəziyyətlə qarşılaşdığını bildirib. O, heyvanın küçəyə qaçdığını gördükdə avtomobilini saxlayaraq iti tutmağa çalışdığını deyib:
"Marketə gəlirdim, gördüm ki, bir cins it qaçdı çölə doğru. Maşını düz yolun ortasında saxladım, düşdüm ki, onu tutum. Çünki onlar çöldə özlərini qoruya bilmirlər. Tuta bilmədim, pis oldum, geri qayıtdım".
Aysel daha sonra həmin ərazidə bir kişinin avtomobilinə mindiyini və ətrafa baxdığını görüb. Onun da itlə bağlı narahat olduğunu düşünən aparıcı kişinin yaxınlaşmasından sonra əsl məqsədinin başqa olduğunu anlayıb.
"Elə bildim yiyəsidir itin. Gördüm ki, o da mənə baxır, yaxınlaşır ki, kömək lazımdır. O isə tanış olmağa çalışır. Deyir ki, mənim itim deyil. Dedim ki, kimsə itini axtarsa, deyin ona hansı istiqamətə qaçıb".
Aparıcı həmin şəxsin ondan telefon nömrəsini istədiyini və bunu bəhanə etdiyi qənaətinə gəldiyini bildirib.
Aysel Ömər hadisənin sonunda kişilərə səslənərək "Bəzi kişilər, niyə beləsiniz? Qadının arxasınca qaçmaqdan daha dəyərli şeylər var" deyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)