Avqustun 25-də Azərbaycan ərazisində polis əməkdaşları tərəfindən 57-si həmin gün, 16-sı isə əvvəlki dövrlərdən bağlı qalan olmaqla, ümumilikdə 73 cinayətin açılması təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan 121 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 101 nəfər borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 23 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 8 fakt müəyyən edilib.
Həmçinin cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)