Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası bu gün Bakıda keçirilən Avropa çempionatının C qrupunda növbəti oyununu keçirəcək.
Milli.Az xəbər verir ki, millimiz Belçika yığması ilə üz-üzə gələcək. Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.
C qrupunun digər matçında isə saat 15:30-da İspaniya və Portuqaliya komandaları qarşılaşacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları avqustun 28-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi hazırda 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik Niderland birinci, Belçika isə ikinci sıradadır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)