Elektrik enerjisinin verilişində keyfiyyətin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə bu gün ölkənin bir sıra rayonlarında 10 və 35 kV-luq hava elektrik xətlərində təmir və texniki işlər aparılacaq.
"Azərişıq" ASC-dən bildirilib ki, bununla əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində planlı məhdudiyyətlər tətbiq olunacaq.
Lerik rayonunda saat 10:30-dan 13:00-dək Babagil, Bibiyani, Brkandul, Günəşli, Hamarmeşə, Noda, Soru, Vistən və Vizəzəmin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Masallının Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar və Təzəkənd kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək, Dəlləkli, Əminli, Hacıtəpə, Həsənli, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar və Təkdam kəndlərində isə saat 14:00-dan 17:00-dək fasilə yaranacaq.
Qubada Amsar kəndi, şəhərin 30, 32 və 33-cü məhəllələri, Dəvədabanı yaşayış massivi, eləcə də bir sıra küçə və ərazilərdə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Göyçay şəhərində Məhəmməd Əmin Rəsulzadə, Rəsul Rza, Atatürk və Məhəmməd Füzuli küçələrinin bəzi hissələrində saat 12:00-dan 14:00-dək, Ağdaş rayonunun Binələr, Davudlu, Malay və Pirəyir kəndlərində isə saat 10:00-dan 14:00-dək fasilə olacaq.
Tərtərin Borsunlu kəndində saat 10:00-dan 14:00-dək, Ucarın Bağban, Boyat, Qəzyan və Yuxarı Şilyan kəndlərində saat 11:00-dan 14:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Hava xətlərinə toxunan yaşıllıqların budanması ilə əlaqədar Goranboyun Kürəkçay qəsəbəsi, Həmənli, Qarapirimli və Qırıqlı kəndlərində saat 09:30-dan 15:30-dək fasilə tətbiq olunacaq.
Bərdənin Məmmədli və Nazırlı kəndlərində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd olunub ki, təmir və texniki işlər başa çatdıqdan sonra həmin ərazilərin abonentləri daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)