Sosial şəbəkələrdə içki istehsalı ilə bağlı yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, videoda Pepsi adı ilə təqdim olunan içkinin antisanitar şəraitdə hazırlandığı görünür. Görüntülərdə içkinin hazırlanması və qablaşdırılması zamanı gigiyenik qaydalara əməl olunmadığı iddia edilir.
Paylaşımda kadrların Hindistanda çəkildiyi ehtimal olunur. Lakin görüntülərin dəqiq hansı ünvanda və nə vaxt lentə alındığı, həmçinin videoda göstərilən məhsulun həqiqətən Pepsi markasına aid olub-olmadığı barədə təsdiqlənmiş məlumat yoxdur.
Sözügedən kadrlar sosial media istifadəçiləri arasında narazılıq yaradıb və içkilərin hazırlanmasında sanitar qaydalara əməl olunmasının vacibliyi ilə bağlı müzakirələrə səbəb olub.
Qeyd edək ki, görüntülərin mənbəyi və onların həqiqiliyi barədə rəsmi açıqlama verilməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)