ABŞ Prezidenti Donald Tramp amerikalı musiqiçi Dolli Partonun vəfatı ilə əlaqədar olaraq bütün ABŞ ərazisində bayraqların bir həftə müddətinə yarıyadək endiriləcəyini elan edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu haqda "Truth Social" platformasında yazıb.
"Bu, milyonlarla insan üçün böyük itkidir. Onun kimi biri nə olub, nə də olacaq. Onun xatirəsinə hörmət əlaməti olaraq bu axşam saat 18:00-dan etibarən bir həftə ərzində bütün ABŞ ərazisində Amerika bayraqlarının yarıyadək endirilməsi barədə göstəriş verirəm", - deyə Tramp qeyd edib.
Qeyd edək ki, avqustun 25-də amerikalı sənətçi Dolli Parton 80 yaşında vəfat edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)