"Sabah" klubu UEFA Çempionlar Liqası tarixinə düşüb.
Milli.Az xəbər verir ki, 2017-ci ildə təsis olunan Azərbaycanın gənc klubu "Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqla dünya futboluna imza atdı.
Bu möhtəşəm uğurla "Sabah" turnir tarixinin əsas mərhələyə yüksələn ən gənc klubu adına yiyələndi.
İyul ayının əvvəlində mübarizəyə start verən "Sabah" qrup mərhələsinə qədər 4 mərhələ keçmək məcburiyyətində qaldı:
1-ci təsnifat mərhələsi: TNS - Uels
2-ci təsnifat mərhələsi: "KuPS" - Finlandiya
3-cü təsnifat mərhələsi: "Orhus" - Danimarka
Pley-off mərhələsi: "Hapoel Ber-Şeva" - İsrail
(Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)