Gəlindən qayınatasının ayağını öpməsini istədi - (Video)

30 Avqust 2026 11:09

Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, videoda evindən gəlin köçən qıza yaşlı qadının söylədikləri diqqət çəkib. Belə ki, qadın gəlinə qayınatasının ayağından öpməli olduğunu xatırladıb. Bu sözləri eşidən gəlin isə təəccübünü gizlədə bilməyib və baxışları ilə çaşqınlıq yaşadığını nümayiş etdirib.

Həmin anda qayınata vəziyyəti yumşaldaraq bu adətin həyata keçirilməsinə ehtiyac olmadığını bildirib. O, gəlininə "ehtiyac yoxdur" deyərək onu qucaqlayıb.

Gəlin də qayınatasının bu münasibətinə görə ona təşəkkür edib.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər arasında tənqidli fikirlərin bildirilməsinə və geniş müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)