Türkiyənin iki vilayətində zəlzələ olub

26 Avqust 2026 00:16

Türkiyənin Adıyaman vilayətinin Sincik rayonunda 4,2 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

Zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb.

Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.

İkinci zəlzələ isə Malatya vilayətinin Yeşilyurt rayonunda qeydə alınıb.

Zəlzələ 4,1 maqnituda gücündə olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)