“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib

25 Avqust 2026 23:56

25 avqust tarixində Frankfurt-Dehli marşrutu üzrə hərəkət edən "Lufthansa" aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Buna səbəb hava gəmisində yaranan texniki nasazlıq olub.

Milli.Az xəbər verir ki, Boeing 787 tipli hava gəmisi Bakı vaxtı ilə saat 23:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.

Hava limanının aidiyyəti xidmətləri tərəfindən bütün zəruri tədbirlər görülüb, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)