Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib

25 Avqust 2026 23:41

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib.

Milli.Az xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək.

Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq.

Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 36 komandanın rəqibləri müəyyənləşəcək.

"Sabah"ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)