Türkiyəli məşhur müğənni Seda Sayan bu dəfə estetik müdaxilələrdən çox, təbii görünüşü ilə gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, 63 yaşlı sənətçi sosial media hesabında avtomobildə çəkdirdiyi görüntüləri yayımlayıb. Kuş adasına yollandığını bildirən Seda paylaşımında səhnəyə çıxacağı ilə bağlı da izləyicilərinə müraciət edib.
Müğənni paylaşımında "Çıxın, çıxın gəlin, mənim səhnəm bir başqadır" sözlərini yazıb.
Seda Sayanın filtrdən istifadə etmədən paylaşdığı görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. Sənətçinin bu görünüşü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)