Müğənni Aysun İsmayılova istirahətindən görüntülər paylaşaraq sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Milli.Az xəbər verir ki, sənətçi paylaşım etmədiyi üçün onu tənqid edən və son görüntülərinə görə mənfi rəylər yazan izləyicilərə də cavab verib.
Aysun hazırda tətildə olduğunu və başının istirahətə qarışdığını bildirib:
"Tətildəyəm, başım istirahətə qarışıb, ona görə paylaşım etmirəm. Son paylaşımımı da məni çox linçlədiniz. Amma qəti vecimə deyil, işinizdə olun. Daha da səhifəmin aktivliyi artır".
Müğənni həmçinin istirahətdən sonra iş qrafikinin olduqca sıxlaşacağını deyib. O, yaxın günlərdə gündə 2-3 toyda iştirak edəcəyini və fürsətdən istifadə edərək dincəldiyini qeyd edib.
Aysun İsmayılovanın açıqlaması sosial şəbəkələrdə müzakirə yaradıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)