Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb - (Foto)

25 Avqust 2026 22:12

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyoto" markalı avtomobil "Opel" markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 1962-ci il təvəllüdlü Hüseynov Naib Məhəmməd oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)