Sobaların aşağı hissəsində yerləşən siyirmə bir çox evdə mətbəx əşyalarının saxlandığı əlavə bir sahə kimi istifadə olunur, lakin mütəxəssislər və istehsalçılar bu bölmənin funksiyasının soba modelindən asılı olaraq dəyişdiyini bildirirlər. Sözügedən siyirmə sadəcə saxlama sahəsi ola biləcəyi kimi, yeməkləri isti saxlama bölməsi və ya qril (qızartma) funksiyası da yerinə yetirə bilər.
Milli.Az xəbər verir ki, ən geniş yayılmış model olan saxlama siyirmələri sobanın işləməsi və ya özünü təmizləmə (self-cleaning) rejimi zamanı yüksək temperaturlara çata bilir. İstehsalçılar bu bölmədə yalnız istiyə davamlı qab-qacaq və mətbəx ləvazimatlarının saxlamağını tövsiyə edirlər. Siyirmədə saxlanılmaması lazım olan əşyalar aşağıdakılardır:
İsti saxlama və yemək bişirmə funksiyaları
Bəzi soba modellərində aşağı bölmə bişirilən yeməkləri süfrəyə verilənə qədər isti saxlamaq məqsədi ilə hazırlanır. İdarəetmə panelində "qızdırma" düyməsi və ya simvolu olan bu modellərin saxlama sahəsi kimi istifadə edilməməsi lazımdır. Siyirmə şəklində olan bişirmə sinisi kimi dizayn edilən bəzi xüsusi modellərdə isə alt hissə birbaşa qril sahəsi kimi fəaliyyət göstərir. Qidaları qızartmaq üçün istifadə edilən bu bölmə çox qısa müddətdə yüksək temperatura çatdığı üçün qidaların nəzarətsiz buraxılmaması lazım olduğu qeyd edilir.
İstifadə təlimatına baxılmalıdır
Xarici görünüşü tamamilə eyni olan siyirmələrin fərqli funksiyalar daşıya biləcəyini vurğulayan səlahiyyətlilər ən düzgün məlumatın cihazın istifadə təlimatından və ya istehsalçının veb-saytından əldə oluna biləcəyini bildirirlər. Alt bölmənin istifadəsində əsas qaydanın əriyə bilən, yana bilən və ya yüksək istidən zərər görəcək əşyaları bu sahədən uzaq tutmaq olduğu ifadə edilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)