Göygöldə qəzada xəsarət alanların adları məlum olub - Yenilənib

25 Avqust 2026 22:37

Göygöldə baş verən qəzada xəsarət alanların adları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, xəsarət alanlar 1965-ci il təvəllüdlü Q. Həsənov, 1968-ci il təvəllüdlü G. Həsənova, 1970-ci il təvəllüdlü İ. Əliyeva və 1973-cü il təvəllüdlü Y. Məmmədovadır.

Xəsarət alanlardan Q. Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

----------

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ" ilə "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 1 nəfərin öldüyü bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)