Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə

26 Avqust 2026 06:06

Ətrafınızda dürüstlük maskası arxasında gizlənərək qəlbinizi qıran, hər mübahisədə günahı sizə atan insanlar varmı? Həyatımızda zəkanın səviyyəsini adətən riyazi qabiliyyətlə ölçməyə öyrəşmişik, lakin böhran anında düzgün sözlər tapa bilmək, bir dostun səssiz çığırtısını eşitmək tamamilə "Emosional Zəka" (EQ) ilə əlaqədardır.

Milli.Az xəbər verir ki, tanınmış emosiya tədqiqatçısı Dirk Eilert emosional zəkası (EQ) həyəcan təbili çalan insanların ünsiyyətdə fərqində olmadan sığındığı 4 hiyləgər cümlə qəlibini ifşa edib.

"Bilmirəm mənə nə olub, heç yaxşı deyiləm"

Emosional zəkası yüksək olan insanlar daxili aləmlərində nə baş verdiyini (qəzəb, məyusluq, qısqanclıq, inciklik) dəqiq şəkildə adlandıra bilirlər. Daim "İçimdə bir sıxıntı var, amma nə olduğunu bilmirəm" və ya "Mən emosional adam deyiləm" deyərək öz hisslərini belə müəyyən edə bilməyən insanlar əslində emosional fərqindənlik sahəsində böyük bir çatışmazlıq yaşayırlar.

"Mübarizə etmə, çox həssassan" və ya "Heç adam da buna kədərlənər?"

Qarşısındakı insanın kədərini və ya qəzəbini başa düşməyə çalışmadan onu "Çox şişirdirsən" deyə mühakimə etmək ən bariz aşağı EQ əlamətidir. Mütəxəssis Dirk Eilert vurğulayır ki, empatiya qurmaq qarşı tərəfin hər hərəkətini təsdiqləmək demək deyil, sadəcə onun pəncərəsindən baxabilmə bacarığıdır. Qarşı tərəfin ağrısını kiçildənlər empatiya qabiliyyəti inkişaf etməmiş şəxslərdir.

"Məni sən dəli elədin, günahı özündə axtar!"

Mübahisə anlarında öz qəzəbinin məsuliyyətini tamamilə qarşı tərəfə yıxan şəxslər üçün təhlükə zəngləri çalır deməkdir. Ünsiyyətdə daim "Məni sən qəzəbləndirirsən" cümləsini işlətmək öz duyğularını idarə edə bilməyib günahı başqasının üstünə atmaqdır. EQ-su inkişaf etmiş insan qarşısındakı insanın davranışı nə olursa olsun, öz reaksiyasını seçmək hüququnun özündə olduğunu bilir.

"Mən beləyəm, içim-çölüm birdir, həqiqəti birbaşa deyən adamam!"

Cəmiyyətdə dürüstlük və "doğruları birbaşa demək" maskasının arxasına sığınaraq ətraflarına amansızca hücum edən insanlar əslində emosional zəka kasıblarıdır. Mütəxəssislər bildirirlər ki, emosional cəhətdən yetkin bir ünsiyyət təkcə "dəqiq olmaq" demək deyil; dəqiqliklə yanaşı, "sosial uyğunluq və nəzakət" də ehtiva etməlidir. Qırıcı bir söz söylədikdən dərhal sonra "Əzizim, zarafat edirdim" deyərək məsuliyyətdən qaçmaq da bu çatışmazlığın ən böyük sübutudur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)