İran Hörmüz boğazına tam suveren nəzarət edir.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref bildirib.
Onun sözlərinə görə, Tehranın boğaz üzərindəki nəzarəti İranın öz milli sərvətlərinə dair qanuni və suveren hüququnun həyata keçirilməsidir.
"Hörmüz boğazı İranın mülkiyyətidir", - Aref deyib.
O, həmçinin Tehranın istənilən təhdidlərə qarşı durmağa hazır olduğunu vurğulayaraq bildirib ki, İran "ölkəyə əyri baxan hər bir düşməni buna peşman edəcək".
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan təmizləndiyini bildirib. O, həmçinin xəbərdarlıq edib ki, yeni minalar yerləşdirən gəmilər və ya qayıqlar dərhal və sistematik şəkildə məhv ediləcək. Trampın sözlərinə görə, ABŞ Kosmik Qüvvələrin köməyi ilə boğazın daimi monitorinqini həyata keçirir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)