2026/27 mövsümündə UEFA Konfrans Liqasının Liqa mərhələsinə düşməyi və Azərbaycan çempionu olmağı hədəfləyən "Qarabağ" daha iki futbolçu almağa hazırlaşır.
Milli.Az xəbər verir ki, bu haqda qol.az-a etibarlı mənbələrdən xəbər daxil olub.
Məlum olduğu kimi, Ağdam təmsilçisi bu yay transfer pəncərəsi dövründə 8 legioner futbolçu alıb. Lakin mövsümün gedişatında daha bir neçə oyunçunun transferi zərurəti yaranıb.
Bizə çatan xəbərə görə, danışıqlar aparılan ən azı iki oyunçunun alınması ilə bağlı prinsipial razılıq əldə edilib. Onların hər ikisi legionerdir.
Düzdür, hələlik həmin futbolçuların kimliyi və mövqeyi açıqlanmır. Buna səbəb kimi isə razılaşmanın son anda pozulmaması göstərilir.
Buna baxmayaraq, transferin bu həftə ərzində rəsmiləşəcəyi gözlənilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)