Hava limanında baqajları belə boşaldırlarmış - Ona görə çamadanlar qırılır - (Video)

25 Avqust 2026 16:39

Türkiyədə hava limanlarından birində çəkildiyi iddia olunan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, videoda hava limanı əməkdaşlarının sərnişinlərin baqajları ilə davranışı əks olunub. Kadrları izləyən istifadəçilər əməkdaşların çantaları yerləşdirmə tərzinə diqqət çəkiblər.

Görüntülərin hansı hava limanında və nə vaxt çəkildiyi barədə isə dəqiq məlumat yoxdur.

Sözügedən video sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər arasında narazılıqlar doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)