Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - (Foto)

25 Avqust 2026 16:09

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı səmimi təbrikə görə təşəkkür edib.

Bu barədə Ukrayna Prezidenti "X" sosial şəbəkəsindəki hesabından paylaşım edib.

"Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı Azərbaycanın mövqeyi hər zaman qəti olub və buna görə də həmişə yüksək qiymətləndirilib. Birlikdə zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığımızı inkişaf etdirməyə, enerji və təhlükəsizlik sahələrində yeni istiqamətlər açmağa və ehtiyac yarandıqda bir-birimizə kömək əlini uzatmağa davam edirik.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq daha da möhkəmlənəcək", - deyə paylaşımda qeyd edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)