Qazaxıstanda neft emalı zavodunda yanğın baş verdi - (Video)

25 Avqust 2026 16:05

Qazaxıstanda neft emalı zavodunda yanğın qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə Atırau Neft Emalı Zavodunun ərazisində baş verib.

Məlumata əsasən, mexaniki təmizləmə qurğusunun təmizləyici hissəsində yanğın meydana gəlib. Hadisə baş verən zaman qurğuda iş aparılmadığı bildirilib.

Şirkətin açıqlamasında qeyd olunub ki, yanğına təmizləyicinin daxilində qalan neft qalıqlarının alışması səbəb olub. Hazırda alovun söndürülməsi üçün tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Zavodun istehsalat fəaliyyətini normal qaydada davam etdirdiyi bildirilib.

Qeyd edək ki, Atırau Neft Emalı Zavodu Qazaxıstanın əsas neft emalı müəssisələrindən biridir. 1945-ci ildə fəaliyyətə başlayan zavodun illik emal gücü 5,5 milyon ton neftdir. Müəssisənin səhmlərinin 99 faizi "KazMunayQaz" şirkətinə məxsusdur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)