"Fənərbağça" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Lion"la keçiriləcək cavab qarşılaşmasına itkilərlə çıxacaq.
Milli.Az xəbər verir ki, İstanbul klubunun açıqladığı məlumata əsasən, komandanın 4 futbolçusu Fransadakı görüşdə meydana çıxa bilməyəcək.
Belə ki, qapıçı Mert Günok, müdafiəçi Çağlar Söyüncü, yarımmüdafiəçilər Marko Asensio və Kerem Aktürkoğlu "Lion"la matçda iştirak etməyəcəklər.
Qeyd edək ki, "Lion" - "Fənərbağça" qarşılaşması avqustun 26-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İstanbulda keçirilən ilk oyunda komandalar 1:1 hesablı heç-heçə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)