Nikahı rəsmiləşdirilməyən qadınların 11 mindən çox uşağı olub

25 Avqust 2026 15:34

Azərbaycanda 2025-ci il ərzində rəsmi nikahda olmayan qadınlar tərəfindən 11 626 uşaq dünyaya gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə məlumat verilib.

Məlumata görə, ötən il qeydə alınan bu cür doğuşların sayı 2024-cü illə müqayisədə 1 602 az olub.

Doğulan uşaqların 4 599-u şəhər, 7 027-si isə kənd yerlərinin payına düşüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)