Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

25 Avqust 2026 15:13

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)