Məzun olma xəbərini anasına çatdırmaq üçün məzarına getdi – Kövrəldən görüntülər - (Video)

25 Avqust 2026 15:00

Məzun olduğunu anasına xəbər vermək istəyən gəncin paylaşımı sosial şəbəkələrdə böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, o, sevincini bölüşmək və məzuniyyət xəbərini anasına çatdırmaq üçün onun məzarını ziyarət edib. Lakin burada gözləmədiyi mənzərə ilə qarşılaşıb. Gəncin ətrafına çoxlu quşun toplaşması diqqət çəkib.

Həmin anları kameraya çəkən gənc paylaşımına duyğusal sözlər də əlavə edib:

"Məzun oldum deyə sürpriz etmək istədim. Yenə məndən əvvəl davrandı, bütün quşları ətrafıma topladı, mələk anam".

Sözügedən görüntülər izləyiciləri kövrəldib. Paylaşımın altına çoxsaylı təsirli rəylər yazılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)