"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland yeni görünüşü ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, 26 yaşlı futbolçu uzun və arxadan bağladığı saçlarını kəsdirərək daha qısa saç stilinə keçib. Yeni görünüşünü sosial media hesabında paylaşan Haaland saç düzümünün dəyişdirilmə prosesini də fotolarla nümayiş etdirib.
Futbolçunun yeni saç modeli onun "Borussiya Dortmund"da çıxış etdiyi ilk illərdəki görünüşünü xatırladıb.
Qeyd edək ki, Erlinq Haaland daha əvvəl uzun saçlarını Zlatan İbrahimoviçin məsləhəti ilə saxladığını açıqlamışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)