Ermənistanın Antikorrupsiya Komitəsi Robert Köçəryanın və oğlu Sedrakın saxlanılmasının görüntülərini yayımlayıb.
Milli.Az xəbər verir ki,Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb.
Məlumata görə, Köçəryan prezident olduğu dövrdə yaxın şəxslərlə əlbir olaraq dövlət əmlakını müxtəlif bəhanələrlə bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib.
Qeyd edək ki, hazırda Köçəryanın kiçik oğlunun evində axtarışlar aparılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)