İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü

25 Avqust 2026 11:29

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yoldan aşıb.

Qəza nəticəsində avtomobili idarə edən 41 yaşlı Samir Abdullayev ağır xəsarətlər alıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Yaxınlarının sözlərinə görə, Samir Abdullayev iş adamı olub. Onun bu gün İsmayıllı rayonunda yeni restoranının açılışını keçirməyi planlaşdırdığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)