Qaradağda 45 yaşlı kişini tok vuraraq öldürdü

25 Avqust 2026 11:09

Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə Korgöz qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Çingiz Əli oğlu Əliyev təmir işləri apararkən onu elektrik cərəyanı vurub.

Aldığı xəsarətlər nəticəsində 45 yaşlı kişi həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)