Çində robot Usain Boltun rekordunu geridə qoydu - (Foto)

25 Avqust 2026 11:11

Çində keçirilən Dünya Humanoid Robot Oyunlarında humanoid robotların 100 metr məsafəyə qaçış nəticələri böyük maraq doğurub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yarışda iştirak edən "Tiangong Ultra" 100 metri 9,39 saniyəyə qət edərək Usain Boltun 2009-cu ildə müəyyənləşdirdiyi 9,58 saniyəlik dünya rekordunu geridə qoyub. Digər robot "Lightning" isə məsafəni 9,47 saniyəyə başa vuraraq ikinci nəticəni göstərib. 

Qeyd olunur ki, "Tiangong Ultra" ötən il eyni məsafəni 21,50 saniyəyə qaçmışdı. Bu isə robotun sürət göstəricilərinin qısa müddətdə nə qədər inkişaf etdiyini göstərir. 

Lakin robotların hələ bir ciddi problemi qalır. Yüksək sürətlə qaçdıqdan sonra onların dayanmaq və tarazlığı qorumaq qabiliyyəti kifayət qədər inkişaf etməyib. Yarışdan sonra "Tiangong Ultra" və "Lightning finişdən keçdikdən sonra idarəetməni itirərək təhlükəsizlik baryerlərinə çırpılıblar. 

Beləliklə, robotlar sürət baxımından insan rekordunu geridə qoysa da, hərəkətin idarə olunması və təhlükəsiz dayanma məsələsində hələ də ciddi texniki problemlərlə üzləşirlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)