Bakıda azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 2018-ci il təvəllüdlü Y.Ə. yaşadığı evin həyətində oynayarkən dəmir barmaqlıqların arasından keçməyə çalışıb. Bu zaman onun başı barmaqlıqlara ilişib.
Azyaşlı boğulma nəticəsində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)