“Tvente” "Qarabağ"la oyun öncəsi futbolçusu ilə bağlı qərar verdi

25 Avqust 2026 11:00

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində qarşılaşdığı "Tvente" heyətində dəyişiklik edib.

Milli.Az Niderland klubunun rəsmi məlumatına istinadən xəbər verir ki, "Tvente" 22 yaşlı vinger Sondre Eryaseterlə müqavilənin müddətini uzadıb.

Yeni anlaşmaya əsasən, Norveçli futbolçu 2030-cu ilin yayına qədər Niderland təmsilçisinin formasını geyinəcək.

Sondre Eryaseter 2025-ci ildən "Tvente"də çıxış edir.

Qeyd edək ki, komandalar arasında pley-off mərhələsinin Niderlandda keçirilən ilk oyunu "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)