Bülent Ersoy konsertdə tamaşaçıları təhqir etdi - (Video)

25 Avqust 2026 10:45

Türkiyəli məşhur müğənni Bülent Ersoy Kuş adasında baş tutan konserti zamanı yaşanan hadisə ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçinin Kuşadası Altın Güvercin Amfi Teatrında keçirilməsi planlaşdırılan konsertinin gec başladığı bildirilib. Məlumata görə, Ersoy çıxışdan bir neçə saat əvvəl özünü pis hiss edib və həkim müdaxiləsindən sonra səhnəyə çıxmaması tövsiyə olunub.

Buna baxmayaraq, müğənni konsert üçün toplaşan pərəstişkarlarını nəzərə alaraq səhnəyə çıxıb. Proqramın gec başlaması isə bəzi tamaşaçıların narazılığına səbəb olub.

Tamaşaçılardan biri yüksək səslə "Tamaşaçıya hörmət" deyərək etirazını bildirib. Bülent Ersoy isə gecikməsinin səbəbini səhhəti ilə əlaqələndirib və pərəstişkarlarına hörmət etdiyi üçün səhnəyə çıxdığını söyləyib.

Lakin qarşı tərəfin reaksiyasından sonra sənətçinin əsəbiləşdiyi və onu tənqid edən tamaşaçıya sərt ifadələrlə cavab verdiyi bildirilib.

Hadisə konsertdə iştirak edənlərin diqqətini çəkib və görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)