Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə Yevlax şəhərinin Füzuli küçəsində qeydə alınıb.
2005-ci il təvəllüdlü Nazim İsayev etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən 1954-cü il təvəllüdlü Mahmud Kərimovun idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif xəsarətlər alıb. O, beyin silkələnməsi və kəllə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin səylərinə baxmayaraq, Mahmud Kərimov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)