Bakının bu ərazilərində qaz olmayacaq

25 Avqust 2026 09:49

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

Bu barədə Milli.Az-a "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Şuşa şəhərciyinin, Sosial binaların, S.Xudiyev və Ş. Rustavelli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)