700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

25 Avqust 2026 12:02

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Milli.Az Azedu.az-a istinadla xəbər verir ki, qəbul imtahanında 700 bal yığan Samir Tibb Universitetinə qəbul oldu.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə təhsilini Azərbaycan Tibb Universitetində (ATU) Tibb (tədris ingilis dilində) ixtisası üzrə davam etdirəcək.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)