Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət

25 Avqust 2026 09:36

Dünya bazarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Milli.Az xəbər verir ki, son ticarət sessiyasında "Brent" markalı neftin bir barreli 92,75 dollara qədər ucuzlaşıb. ABŞ-nin Qərbi Texas nefti (WTI) isə bahalaşaraq 85,73 dollara çatıb.

Qeyd edək ki, neft bazarında qiymətlərin dəyişməsinə Yaxın Şərqdəki vəziyyət və İrana qarşı tətbiq edilən yeni ABŞ sanksiyaları da təsir göstərir. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)