Robert Köçəryan saxlanıldı

25 Avqust 2026 09:33

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkənin Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan bu səhər tezdən Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən MTX-yə aparılıb. 

Bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Ermənistan fraksiyasından olan parlament üzvü və keçmiş prezident Köçəryanın oğlu Levon Köçəryanın mənzilində axtarış aparmağa başlayıblar.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)