Azərbaycan təmsilçisi "Sabah" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab qarşılaşmasına çıxacaq.
Milli.Az xəbər verir ki, Valdas Dambrauskasın komandası İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. Qarşılaşmanın baş hakimi rumıniyalı FIFA referisi İştvan Kovaç olacaq.
Komandalar arasında Rumıniyada keçirilən ilk oyunda "Hapoel" 2:1 hesabı ilə qalib gəlib. Bu səbəbdən "Sabah" Bakıda keçiriləcək cavab matçında mərhələni keçmək üçün ən azı iki top fərqi ilə qələbə qazanmalıdır. (UEFA.com)
Qeyd edək ki, bu cütün qalibi Çempionlar Liqasının liqa mərhələsində, məğlub tərəf isə Avropa Liqasının liqa mərhələsində mübarizə aparacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)