“Komedixana”nın aktyoru "zapravka"da işləyir? - (Video)

25 Avqust 2026 13:21

Bakıda yanacaqdoldurma məntəqələrindən birində çalışan şəxsin görünüşü diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, onun "Komedixana"nın aktyoru Həsrətə həddindən artıq bənzəməsi sosial şəbəkələrdə maraq və müzakirələrə səbəb olub. Görüntüləri izləyənlər iki şəxsin oxşarlığına təəccübləndiklərini bildiriblər.

Yanacaqdoldurma məntəqəsinin əməkdaşı daha sonra "Komedixana"nın buraxılışlarından birinə qonaq qismində dəvət olunub. O, proqram zamanı səhnəyə çıxarılaraq aktyor Həsrətlə görüşüb.

İkilinin səhnədə qarşılaşması həm studiyada gülüş doğurub, həm də maraqlı anlarla yadda qalıb. Onların bir-birinə bənzərliyi veriliş iştirakçıları və tamaşaçıların diqqətindən yayınmayıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə də paylaşılaraq müzakirələrə səbəb olub.

Həmin maraqlı anları təqdim edirik:

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)