Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün maliyyə, karyera və şəxsi həyatda mühüm dəyişikliklər gözlənilir.
Milli.Az xəbər verir ki, xüsusilə Şir, Oxatan və Dolça bürcləri üçün qarşıdakı dövr yeni imkanlar və dönüş nöqtələri ilə yadda qala bilər.
Şir: Maliyyə sahəsində aktivlik artacaq, yeni gəlir imkanları və maddi qazanc gündəmə gələ bilər. Astroloqlar böyük gəlirlərlə yanaşı, lazımsız xərclərə diqqət etməyi tövsiyə edir.
Oxatan: Tərəfdaşlıq və əməkdaşlıq sahəsində uzunmüddətli və ciddi addımlar üçün əlverişli dövr başlayır. Xaricdə iş və ya yaşayış planları olan Oxatanların rəsmi proseslərində müsbət irəliləyişlər mümkündür.
Dolça: Həyat tərzi, məqsədlər və şəxsi imicdə köklü dəyişikliklər baş verə bilər. Astroloqlar bu transformasiyanın gələcək uğurlar üçün mühüm başlanğıc olacağını bildirirlər.\Metbuat.az